İntihara cəhd edən  gənc şair süni tənəffüs aparatına qoşuldu
27 fevral 2025 14:15 (UTC +04:00)

İntihara cəhd edən gənc şair süni tənəffüs aparatına qoşuldu

Həsən Kürün son vəziyyəti

"Həsən Zeynallının (Kür) vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir".

Lent.az xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib.

Ağciyər kontuziyası, qabırğa qırıqları, beyin ödəmi və qanamalar

O qeyd edib ki, Həsən Kür kirtik mərhələni qismən dəf edib: "Xəstəxanaya yerləşdirilən zaman çox kritik idi. Amma hazırda huşu özünə qayıtmağa başlayıb. Adi əmrlərə reaksiya verir. Lakin huşu tam aydın olmadığından deyə bilərik ki, xəstə hazırda komadadır və ağciyər kontuziyası, qabırğa qırıqları olduğu üçün xəstə hələ də süni tənəffüs aparatına qoşulub. Beyin ödəmi, qanamalar davam edir. Qan beyindən tam sovrulmayıb".

Kontur kompüter tomoqrafiyası planlaşdırılır

Leyla Mərcan bildirib ki, sabah Həsən Kür kontur kompüter tomoqrafiyası ediləcək: "Katenin nəticəsindən sonra xəstənin vəziyyətinin müsbət istiqamətə dəyişib-dəyişməməsini müəyyən edəcəyik. Lazım olsa, əməliyyat olunacaq".

Həsən Kürün sağlamlıq vəziyyəti

Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1812

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28