Ceymi Karraqerin qızı Mia London teatrının səhnəsində “Aclıq oyunları” tamaşasında baş rola çəkilib.
Lent.az xarici mətbuata istinadla bildirir ki, Karraqer şad xəbəri “Instagram” səhifəsində paylaşıb:
"O qədər qürur duyuram ki, sən səhnədə Kitnis Everdini oynayan ilk olacaqsan. Belə heyrətamiz bir rola sahib olmaq üçün uzun illər çox çalışmısan, buna layiqsən, balam. Şouya baxmaq üçün səbirsizlənirəm! Bu heyrətamiz olacaq".
Qızın 21 yaşı var və "İstanbulda bir gecə" filminə və "Toplanış" serialına da çəkilib.