Kukla Teatrında yoxlamalar  BAŞLADI   - SƏBƏB  - YENİLƏNİB
22 noyabr 2022 11:50 (UTC +04:00)

Kukla Teatrında yoxlamalar BAŞLADI - SƏBƏB - YENİLƏNİB

Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmaya münasibət bildirib.

Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür:

"Nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb. Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb. Xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək".

***

Saat: 11:26

Noyabrın 18-də Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalara başlayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, yoxlamalara səbəb Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin saytımıza verdiyi tənqidi müsahibə və rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddialardır.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən saytımıza açıqlama veriləcəyi bildirilib.

# 4173
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar