Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşları Aktau faciəsinin qurbanlarını yad ediblər
Lent.az xəbər verir ki, bu barədə teatrın rəsmi Instagram hesabında paylaşım edilib.
Azərbaycan Dövlət Kukla Teatrının bir qrup əməkdaşı Qazaxıstanda keçirilən "NOMAD PUPPET" adlı I Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində Aktau şəhərinə səfər edib. Teatr heyəti festival proqramı ilə yanaşı, AZAL-a məxsus təyyarənin ötən il qəzaya uğradığı ərazidə ucaldılan abidəni də ziyarət edib.
Əməkdaşlar faciə qurbanlarının xatirəsini ehtiramla anıb, onların ruhuna dualar oxuyublar.
Xatırladaq ki, ötən ilin 25 dekabrında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə, göyərtədə olan 67 nəfərdən 38-i həyatını itirib, 29 nəfər isə sağ qalıb.