Məşhurlar hansı muzeylərə gedir? - SORĞU
19 noyabr 2025 17:24 (UTC +04:00)

Məşhurlar hansı muzeylərə gedir? - SORĞU

0

Muzeylər bir xalqın yaddaşı, mədəniyyətin isə səssiz danışan şahidləridir. Onlar tarixi qoruyur, sənəti gələcəyə daşıyır. Elə buna görə də, məşhurların hansı muzeyləri seçdiyi və ən son harada olduqları təkcə şəxsi maraqlarını deyil, mədəni dəyərlərə münasibətlərini də göstərir. 

Lent.az tanınmış simalardan onların sevimli muzeylərini və sonuncu ziyarətlərini soruşub.

Əməkdar artist Elza Seyidcahan

Elza Seyidcahan nənə oldu - FOTO

Üzeyir Hacıbəylinin ev-muzeyi, Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi, İncəsənət muzeyi, Qara Qarayevin ev-muzeyi, Niyazinin ev-muzeyi ən sevdiklərim arasındadır.  Heydər Əliyev Mərkəzi də sanki bir möcüzəli, müasir muzeydir. Xalça muzeyi və Hərbi Qənimətlər Parkını da çox bəyənirəm. Sonuncu dəfə sentyabrin 18-i Üzeyir Hacibəylinin ev-muzeyində ziyarətdə olmuşam.

Xalq Artisti Həmidə Ömərova

Foto Bloq | <a href='https://apa.az' class='hyperlink' target='_blank'>APA</a>.AZ

Ən bəyəndiyim muzey İncəsənət muzeyidir, tez-tez orada oluram. Oğlum isə Tarix muzeyini çox bəyənir.

Deputat Elman Nəsirov

Elman Nəsirov "deputat" sözünü bəyənmədi | Modern.az

Vaxtla bağlı məhdudiyyətlərimiz olur, amma bu il iki dəfə İncəsənət muzeyində, bir dəfə də Tarix muzeyində olmuşam. Uşaqlarımı da aparmışdım ki, onlar da görsünlər. Ümumiyyətlə, xarici ölkələrə səfərdə olanda da ilk getdiyim yer muzey və kitabxanalar olur. Bəyəndiyim kitabları alıram. Muzeylər mənim hobbimdir. Daha çox siyasi və psixoloji kitablar oxuyuram.

Ramil Babayev

Ramil Babayev əməliyyat olundu

Azərbaycanda ən sevdiyim muzey Nobel Qardaşlarının ev-muzeyidir. Axrıncı dəfə iyulda ailəmlə getmişəm.

Əməkdar artist Coşqun Rəhimov

Coşqun Rəhimov: "Çarli Çaplin aktyor deyil" - Müsahibə

Sonucu dəfə Xalça muzeyində olmuşam. Çox bəyənirəm o muzeyi. Milli ornamentlərimizlə. tariximizlə bağlı çox gözəl xalçalar gördüm. Ümumiyyətlə, muzeylərimizin çox olmağını arzulayıram.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar