Mikayıl Müşfiqin Xatirə Muzeyi YARARSIZ HALDA:  fəaliyyəti dayandı
23 aprel 2025 17:37 (UTC +04:00)

Mikayıl Müşfiqin Xatirə Muzeyi YARARSIZ HALDA: fəaliyyəti dayandı

Bir neçə gün əvvəl yağan yağışlardan sonra Mikayıl Müşfiqin Xızıda yerləşən xatirə muzeyi yararsız hala düşüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu şairin əmisi nəvəsi Reyhan İsmayılzadə bildirib.

O qeyd edib ki, xatirə muzeyi bir otaqdan ibarətdir, eksponatları yığmaq üçün yer yoxdur.

Məsələ ilə bağlı mədəniyyət nazirinin qəbulunda olduğunu qeyd edən Reyhan İsmayılzadəyə muzeydə təmir-bərpa işlərinin aparılacağı bildirilib.

Reyhan İsmayılzadənin sözlərinə görə, bir neçə gün əvvəl sel yenidən həyətdəki körpünü aparıb.

O, şairin qohumu olaraq işçi kimi orda işləməyi təklif edib.

Sözügedən məsələ ilə bağlı Abşeron-Xızı Regional Mədəniyyət İdarəsindən bildirilib ki, 2023-cü ildə körpü bir dəfə də dağılıb: “Biz onu bərpa etdik. Bu dəfə körpünü və həyətdəki oturacaqları da dağıdıb. Binada və abidədə heç bir təhlükə yoxdur, sadəcə körpü dağılıb. Biz nə çatmırsa, yazıb Mədəniyyət Nazirliyinə vermişik, onlar da gəlib hələ körpü dağılmamışdan əvvəl ölçü götürüblər. Onların qərarlarını gözləyirik”.

Qeyd edək ki, Mikayıl Müşfiqin Xatirə Muzeyi 1988-ci ildə Müşfiqin 80 illik yubileyindən sonra Xızının Sayadlar kəndində yaradılıb.

Direktor İlhamə Hüseynova APA-ya açıqlamasında Mikayıl Müşfiqin Xatirə Muzeyinin fəaliyyətini dayandırdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07