Müasir texnologiyaları bu çılpaq qadın  icad edibmiş
09 noyabr 2024 15:34 (UTC +04:00)

Müasir texnologiyaları bu çılpaq qadın icad edibmiş

1933-cü ildə çəkilmiş "Ekstaz" adlı bir çex filmi tarixin ilk erotik səhnələri olan kinosu hesab edilir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dünyanın bir çox ölkələrində qadağan edilmiş bu filmdə baş rolda əslən Avstriyadan olan aktrisa Hedi Lamarr çəkilmişdi.

Filmə indi tamaşa etsək, onda ayıb sayılacaq heç nə yoxdur. Lakin o dövr üçün bir qadının çılpaq soyunub suda üzməsini göstərən səhnələr şok effekti vermişdi.

“Ekstaz” filmində Eva rolunu canlandırmış Hedi Lamarr uzun bir ömür yaşayıb. O 1914-cü ildə Avstriyada doğulub, 2000-ci ildə Amerikada vəfat edib.

Hedi Lamarr sinemadan başqa həm də tanınmış bir ixtiraçı idi. O, 1942-ci ildə torpedo sistemlərini uzaqdan idarəetmə sistemlərini patentləşdirir. Patent bir müddət gözdən iraq qalır. Lamarrın 1953-cü ildə ABŞ vətəndaşlığına keçməsi ilə Pentaqon bu sistemi Dəniz Qüvvələrində tətbiq eləməyə başlayır.

Hedi Lamarr IQ səviyyəsinə görə dövrünün ən ağıllı və zəki qadınlarından biri hesab olunur.

Bu gün istifadə edilən TV pultundan tutmuş bütün kabelsiz texnologiyalara qədər hər şeyin icadını dünya bu erotik gözələ borcludur.

Kabelsiz texnologiyaların əsası "Tesla" tərəfindən təklif olunsa da, onların ilk praktik həlli və tətbiqini məhz Hedi Lamarr həyata keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3589

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28