"Netflix"də tapa biləcəyiniz ən yaxşı filmlər
19 noyabr 2024 14:47 (UTC +04:00)

"Netflix"də tapa biləcəyiniz ən yaxşı filmlər

Netflix platformasında filmlər müxtəlif janrlara və tamaşaçı zövqlərinə uyğun şəkildə seçilir. Bu filmlər arasında dram, aksiyon, elmi-fantastika, romantik komediya, macəra və sənədli filmlər mövcuddur. Ən yaxşı filmləri seçərkən onların bədii dəyəri, tamaşaçı rəyləri, beynəlxalq uğurları və tənqidçilər tərəfindən aldığı qiymətləndirmələr nəzərə alınır.

Lent.az Netflix platformasında izləyə biləcəyiniz ən yaxşı film siyahısını sizlərə təqdim edir:

Platforma (The Platform)

 Bu film həbsxana məhbusları arasında yemək paylanmasının ədalətsizliyini və cəmiyyətin strukturunu əks etdirir. Film sosial təbəqələşmə və etik problemlər üzərində dərin müzakirələrə səbəb olur. Cəmiyyətin qeyri-bərabərsizliyini təsvir edir.

Başlanğıc (Inception)

 Senari yuxulara daxil olmaq və ideyalar oğurlamaq qabiliyyətinə malik bir komandanı əks etdirir. Film yuxu içində yuxu konseptini təsvir edir.
Film mürəkkəb ssenari, güclü vizual effektlər və Leonard DiCaprio-nun təsirli performansı ilə seçilir.

Əsarətin Qiyməti (The Shawshank Redemption)

 Məzmunu haqsız yerə məhkum edilən bir bankirin həbsxanada dostluq və ümid sayəsində həyata bağlanmasını təsvir edir.
İnsan ruhunun gücü və dostluğun əhəmiyyətini təsirli şəkildə izləyicilərə çatdırır.

Yeni Həyat (Cast Away)

 Bu film təyyarə qəzasından sonra tənha bir adada sağ qalmağa çalışan bir adamın tənhalıqla mübarizəsini təsvir edir.
İnsan iradəsinin gücünü nümayiş etdirir.

Matris (The Matrix)

 Film reallığın bir simuliyasiya olduğunu kəşf edən Neo-nun bu sistemi dəyişdirmək üçün apardığı mübarizədən bəhs edir. Elmi-fantastika janrında inqilabi təsirə malikdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5090

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28