Kamran Dadaşzadə
25 may 2022 14:57 (UTC +04:00)

Kamran Dadaşzadə

SON DƏQİQƏ: İstanbulda güllələnən azərbaycanlı aktyor ÖLDÜ - YENİLƏNİB

İstanbulda başından güllə yarası alaraq reanimasiyaya yerləşdirilən həmyerlimiz, aktyor Kamran Dadaşzadə dünyasını dəyişib. 

Lent.az-ın məlumatına görə, onun ölümü İstanbul Cərrah Paşa xəstəxanası tərəfindən təsdiqlənib. 

Ailəsi aktyorun İstanbulun Silivri məzarlığında dəfn ediləcəyini bildirib.

***

saat 10:47

Dünən İstanbulda yaşayan soydaşımız, aktyor Kamran Dadaşzadənin  başından güllə yarası alaraq öldürülməsi barədə xəbərlər yayıldı.

Aktyorun ailə dostu, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri yazıçı Aygün Həsənoğlu Lent.az-a bildirib ki, Kamran Dadaşzadə hazırda Cərrah Paşa xəstəxanasında reanimasiya şöbəsindədir.

“Adətən, bu cür cinayət hadisələrində xəstəxanalar məlumat vermirlər. Ailəsi bizə bildirib ki, Kamran Dadaşzadənin beyin ölümü gerçəkləşib. O hazırda  cihaza bağlı vəziyyətdədir. Həkimlər son ümid kimi bir dərmandan istifadə ediblər. Bu gün dərmana reaksiya verib-verməyəcəyi məlum olacaq. Reaksiya verərsə, onun yaşayacağına ümid yaranacaq. Möcüzə gözləyirik”,- deyə Aygün Həsənoğlu qeyd edib.

Xatırladaq ki, ötən gün iki qrup arasında çıxan atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.

Təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə başından güllə yarası alıb. 

1969-cu ildə Sumqayıtda anadan olmuş Kamran Dadaşzadə Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu idi. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. İllər öncə Musiqili Komediya Teatrının xor kollektivində çalışıb. lakin onu aktyor kimi qəbul etməyiblər. 

Türkiyədəki aktyorluq fəaliyyəti müddətində “Kurtlar Vadisi”, “Savaşçı”, “Kardeş Payı” kimi seriallarda yadda qalan obrazlar canlandırıb. Həmçinin 2018-ci ildə yayımlanan “Servet” serialında rol alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9642

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28