“Sosial şəbəkədə hamı məni söyür"  - "Səriyyə"nin baş qəhrəmanı danışdı
20 dekabr 2024 12:24 (UTC +04:00)

“Sosial şəbəkədə hamı məni söyür" - "Səriyyə"nin baş qəhrəmanı danışdı

“Səriyyə” filmi ekrana çıxandan sosial şəbəkələrdə hamı məni söyür. Xətrimə dəyən odur ki, obrazı yox, məni söyürlər. Sənətdən başı çıxan adam belə eləməz təbii ki, anlamayanlar söyür. Nə edim, mənim də bəxtimə belə rollar düşür”

Bu fikirləri Lent. az-a son zamanlar  haqqında çox danışılan “Səriyyə” filmində Raqif rolunu canlandırmış aktyor Niyaz İlyasoğlu səsləndirib.

“Raqif 14 yaşlı qızla evlənmək istəyən varlı bir adamdır və pul gücünə, əslində Səriyyənin dediyi kimi, 5 qoyunun əvəzində qızı atasından almaq istəyir. Əslində Raqifi də belə erkən nikaha icazə verənləri, razı olanları da pedofil hesab edirəm. İstəmirdim bu rola çəkilmək. Amma sonra düşündüm ki, maarifləndirici filmdir, göstərmək lazımdır. Görünür yaxşı oynamışam ki, insanlarda belə qıcıq yaranıb. Məncə aktual mövzudur. Təəssüf edirəm ki, aktualdır və Azərbaycan üçün lazımlı mövzudur. Belə filmlər çəkilməlidir”,- deyə o bildirib.

 Niyaz İlyasoğlu bildirib ki, filmdə 14 yaşlı Səriyyə obrazını aktrisa olmağı arzulayan məktəbli Nazı Heydərova canlandırıb.

“Çəkilişlər zamanı anası həmişə yanında olurdu, aktrisa olmağı arzulayır, istedadlı uşaqdır”,- deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2940

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28