Xalq artisti Roza Cəlilova dəfn olundu  - YENİLƏNİB
19 noyabr 2025 16:31 (UTC +04:00)

Xalq artisti Roza Cəlilova dəfn olundu - YENİLƏNİB

0

Xalq artisti Roza Cəlilova "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Lent.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak ediblər.

Qeyd edək ki, Roza Cəlilova ilə vida mərasimi Təzəpir məscidində keçirilib.

***
13:17

Xalq artisti Roza Cəlilovanın vida mərasimi Təzə Pir məscidində keçiriləcək.

Lent.az xəbər verir ki, daha sonra mərhum sənətçi Qurd qapısı qəbiristanlığında - qardaşının yanında dəfn olunacaq.

***

10:25

Xalq artisti rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə onun ailəsindən məlumat verilib.

Qeyd olunub ki, 96 yaşlı rəqqasə bu gün səhər saatlarında dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1840

Oxşar yazılar