
"Bəxt üzüyü"ndəki veteran barədə film çəkilib
Mayın 13-də Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Aktyorlar Evində ARB televiziyası "Aranfilm" Yaradıcılıq Mərkəzinin istehsal etdiyi "Nəsir müəllimli illər" sənədli filminin təqdimatı keçirilib.
Lent.az xəbər verir ki, film Azərbaycanın görkəmli teatr rejissoru, istedadlı aktyor, böyük pedaqoq Nəsir Sadıqzadənin pedaqoji fəaliyyətindən bəhs edir.
30 ildən artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərən N.Sadıqzadənin Azərbaycan teatr tarixində özünəməxsus yeri var. Onun yetişdirdiyi tələbələr hazırda incəsənətin bir çox sahələrində uğurla fəaliyyət göstərirlər. Filmdə də həmin tələbələr öz xatirələrini bölüşüblər.
Filmin senari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, montajçı Pərviz Səlimov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov açıb. Qonaqları salamladıqdan sonra Nəsir Sadıqzadənin teatr fəaliyyətindən danışıb. Sonra ARB Aran televizyasının direktoru İqbal Məmmədəliyev filmin yaranma tarixindən söz açıb.
Tədbirdə Azərbaycan teatr və kinosunun görkəmli simaları iştirak ediblər. Nümayişdən sonra tədbirə toplaşan teatr xaidimləri film haqqında öz fikirlərini söyləyiblər.
Oxşar yazılar

“Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayevlə MÜSAHİBƏ
17 iyun 2025 , 14:16
İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO
16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04