Əkrəm Əylisinin əsəri dərc olunmuş jurnalın Redaksiya Heyətindəki məşhur azərbaycanlı - YENİLƏNİB
02 fevral 2013 18:39 (UTC +04:00)

Əkrəm Əylisinin əsəri dərc olunmuş jurnalın Redaksiya Heyətindəki məşhur azərbaycanlı - YENİLƏNİB

Moskvada dərc olunan “Drujba narodov” jurnalının redaksiya heyətinin üzvlərindən biri də Azərbaycan yazıçısıdır.

Lent.az-ın xəbərinə görə, Xalq yazıçısı Elçin bu jurnalın Redaksiya heyətində təmsil olunur.

Yazıçı Elçindən başqa Redaksiya Heyətində Ramazan Abdulatipov, Vyaçeslav Ar-serqi, Suxbat Aflatuni, Musa Axmadov, Rezo Qabriadze, Alla Qerber, Denis Qutsko, İvan Dzyuba, Valeriy İsxakov, Aleksandr Klyaçin, Valentin Kurbatov, Olqa Lebeduşkina, David Muradyan, Zaxar Prilepin, Knut Skuenieks, Valeri Turqay, Serqey Filatov və Leonid Yuzefoviç də təmsil olunublar.
 

Jurnalın baş redaktoru isə Aleksandr Ebonaidzedir.

Xatırladaq ki, Xalq yazıçısı Əkrəm Əylislinin son günlər Azərbaycanda böyük rezonansa səbəbə olmuş “Daş yuxular” əsəri bu jurnalda dərc olunub.

Jurnalın redaksiya heyətinin üzvü olan Xalq yazıçısı Elçinin bu əsərin dərcindən əvvəlcədən məlumatlı olub-olmadığı isə bilinmir. Elçin hələ əsərə münasibət bildirməyib.

 

Qeyd edək ki, Əkrəm Əylislinin qalmaqallı əsərindən başqa, Azərbaycandan Anarın “Qırmızı limuzin” və “Ağ Qoç, Qara Qoç” əsərləri, Günel Anarqızının “Kaktus” povesti, Kamal Abdullanın şeirləri, Çingiz Abdullayevin romanı və s. ədəbiyyat nümunələri sözügedən jurnalda çap olunub.

 

Qeyd:  Jurnalın Redaksiya Heyəti ilə tam tərkibdə bu linkdə http://magazines.russ.ru/druzhba/site/red/ tanış olmaq olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8891

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28