Misirdə Nizami Gəncəvinin abidəsi qoyulacaq
26 iyul 2014 17:22 (UTC +04:00)

Misirdə Nizami Gəncəvinin abidəsi qoyulacaq

İyulun 24-də Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin mədəniyyət naziri Cabir Usfur ilə görüşüb. Lent.az-ın məlumatına görə, bu barədə Misirin əl-Yaum əs-Sabi informasiya portalı xəbər verib.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf perspektivindən söhbət açılıb. Ş. Abdullayev bu yaxınlarda C. Usfurun iştirakı ilə Misirdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin təntənəli açılışının keçiriləcəyini bildirib.

Azərbaycanlı diplomat ölkəmizdə keçirilən Misir Mədəniyyəti Günlərinin xalqımız tərəfindən maraqla qarşılandığını vurğulayıb, Azərbaycanda Misir filmlərinə, ərəb dilinə, xüsusilə də Misir ləhcəsinə olan maraqdan danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar