Qubada Abbasqulu ağa Bakıxanovun yubileyi keçiriləcək
19 iyun 2014 12:53 (UTC +04:00)

Qubada Abbasqulu ağa Bakıxanovun yubileyi keçiriləcək

Qubanın Yaşıl Teatrında yazıçı, alim və ictimai xadim Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi qeyd olunacaq. Mədəniyyət və turizm nazirliyindən Lent.az-a verilən məlumata görə, sabah saat 12.00-da keçiriləcək yubiley tədbirində bir çox tanınmış elm və mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri  iştirak edəcək.

 

A.Bakıxanov 1794-cü il iyunun 21-də Bakı yaxınlığında Əmircan kəndində anadan olub. Atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən idi. A.Bakıxanov "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanıb.

 

A.Bakıxanov 1947-ci ildə Məkkə şəhərində vəba xəstəliyindən vəfat edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679

Oxşar yazılar