“Yabancı damat” serialındakı “Memik Dədə” obrazı ilə yaddaşlarda qalan türkiyəli aktyor Arif Erkin Güzelbeyoğlu vəfat edib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, aktyor bu gün səhər saatlarında 90 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Arif Erkin Güzelbeyoğlu “Bizimkilər”, “Doxsanlar”, “Sevgili Ailəm” və “Möhtəşəm Yüzyıl” kimi məşhur seriallarda da rol alıb.