Türkiyədə məşhur aktyor faciəvi şəkildə ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Şişli qəsəbəsində qeydə alınıb.
“Yeşilçam”ın tanınmış simalarından olan 85 yaşlı Metin Çağları motosiklet vuraraq öldürüb.
Məlumata görə, aktyor kafedə dostları ilə yemək yedikdən sonra yolu keçərək evinə getmək istəyib. Bu zaman motosiklet onu vurub. Xəstəxanaya aparılan sənətçini xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum aktyor “Qadın deyil baş bəlası”, “Öksüz” kimi filmlərdə rol alıb.

