Narlı turp   salatı necə hazırlanır? Vitamin deposu.. - Lent.az-ın mətbəxi
17 noyabr 2022 18:39 (UTC +04:00)

Narlı turp salatı necə hazırlanır? Vitamin deposu.. - Lent.az-ın mətbəxi

Tərkibində bir çox vitaminlər, xüsusən də C vitamini olan turpun faydaları o qədər çoxdur ki... Ürək üçün xeyirli, immuniteti gücləndirən, təzyiqə nəzarət edən turpu yüksək lifli olmasından asılı olmayaraq, qış boyu süfrələrimizdən əskik etməməliyik. 

Lent.az bu faydalı tərəvəzdən hazırlanan vitaminli salat reseptini sizinlə bölüşür.

Salatı hazırlamaq üçün müxtəlif növ turplardan istifadə olunur:

Lazım olan ərzaqlar:

1 qara turp

1 qırmızı turp

1 çölü ağ, içi qırmızı turp

Yarım dəstə cəfəri

Yarım dəstə təzə nanə

1 orta boy nar dənələri

Yarım fincan tumsuz yaşıl zeytun

Limon suyu

2 xörək qaşığı nar bəkməzi

3 xörək qaşığı zeytun yağı

1 çay qaşığı duz

Onu da qeyd edək ki, zövqə görə öz istədiyiniz göyərtiləri əlavə edə bilərsiniz. 

Hazırlanması:

Turpların qabığını soyun və şəkildəki kimi uzunsov şəkildə doğrayın.

Cəfəri və nanəni bol suda yuyun və tamamilə quruması üçün süzgəcə qoyun. Onları da bacardığınız qədər incə və səliqəli doğrayın.

Bütün inqrediyentləri böyük bir qaba əlavə edib qarışdırın. Ən sonda nar dənələrini tökməyiniz məsləhətdir. 

Qeyd edək ki, təqdim etdiyimiz salat resepti 4 nəfərlikdir və yarım saata tam hazır olur. 

Həm çox vitaminli, həm də çox asan hazırlanan bu salat qış boyu süfrələrinizin bəzəyi olacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3491

Oxşar yazılar

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

14 may 2025 , 14:52
Ən dadlı balqabaq çörəyinin  sirri: RESEPT

Ən dadlı balqabaq çörəyinin sirri: RESEPT

13 may 2025 , 15:10
Sezar salatının  büdcəyə uyğun RESEPTİ

Sezar salatının büdcəyə uyğun RESEPTİ

12 may 2025 , 13:57
Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

9 may 2025 , 19:45
Çiyələk mürəbbəsini  belə hazırlayın: RESEPT

Çiyələk mürəbbəsini belə hazırlayın: RESEPT

8 may 2025 , 17:00
 Göyərtini   yeməyə nə zaman əlavə etmək olar?

Göyərtini yeməyə nə zaman əlavə etmək olar?

8 may 2025 , 12:07
Gürcü xaçapurisi belə hazırlanır -  RESEPT

Gürcü xaçapurisi belə hazırlanır - RESEPT

7 may 2025 , 17:42
Qocalma prosesini ləngidən çox ucuz balıqlar - SİYAHI

Qocalma prosesini ləngidən çox ucuz balıqlar - SİYAHI

5 may 2025 , 18:54