1861-ci ildə anadan olan Karolina Olssonun uşaqlığı qayğısız keçib, hamı kimi məktəbə gedib. Lakin...
Lent.az xəbər verir ki, 14 yaşında ikən o, dərsdən qayıdanda yıxılır və başı buza dəyərək zərbə alır. Bunsan sonra hər şey dəyişir.
Bir neçə gün sonra fasiləsiz yatan qızın həyat əlamətləri olsa da, saçı və dırnağı uzanmır. Həkimlər bunun koma yoxsa kliniki ölüm olduğunu izah edə bilmirlər. 10 il sonra onu elektroşokla oyatmaq istəsələr də fayda vermir. Lakin valideynlər qızı tərk etmir.
Nəhayət 32 il sonra oyanan qız heç nəyi xatırlamır. Bu müddət ərzində gündə cəmi 2 stəkan südlə süni şəkildə qidalandırılan qadının sağlamlığı qaydasında idi. Oyandıqdan sonra saçlar da uzanmağa başlayır və o təxminən 40 il heç bir sağlıq problemi olmadan yaşayır və 1950-ci ildə vəfat edir.
Olssonun yuxusu ətrafında bu gün də müzakirələr bitmir.