Arıqlamaq üçün çayı belə için
21 iyul 2023 13:30 (UTC +04:00)

Arıqlamaq üçün çayı belə için

Tanınmış diyetoloq Lima Mahajan çayın düzgün formada içərək arıqlana biləcəyini deyib.

Lent.az xəbər verir ki, tərkibində çox şəkər və ya tam süd əlavə edilməsə çay aşağı kalorili içkidir.

Ancaq arıqlamağa gəldikdə, insanlar çay istehlakını məhdudlaşdırmağa və ya dayandırmağa çalışırlar. Bununla belə, dietoloq bildirib ki, arıqlamaq üçün çaydan imtina etmək lazım deyil, sadəcə olaraq bəzi dəyişikliklər etmək lazımdır.

Çox süd və şəkər əlavə edildikdə bu içki çəki artımına gətirib çıxarır. Əgər çayı südlə içirsinizsə, onda mütləq şəkəri çox az əlavə etməlisiniz.

Kofeinin həddindən artıq yüklənməməsi üçün çay qəbulunu gündə iki stəkanla məhdudlaşdırın. Düzgün həzm üçün çay və yemək arasında ən azı 30 dəqiqəlik bir fasilə saxlayın. Yaxşı bir gecə istirahətini təmin etmək üçün yatmazdan əvvəl çay içməyin. Həzmə kömək etmək üçün çaydan əvvəl və sonra su için.

Dietoloq bir daha qeyd edib ki, yağsız süd daha az kalorili və daha az yağ ehtiva etdiyi üçün çaya əlavə olaraq istifadə edilə bilər. Şəkərin miqdarını tədricən azaldın və ya bal kimi təbii qidalardan istifadə edin.

# 2286
avatar

Sevinc Fərid

Oxşar yazılar