Bel incəlməsinə mane olan iki əsas qida
15 avqust 2023 12:24 (UTC +04:00)

Bel incəlməsinə mane olan iki əsas qida

Qəlyanaltılar sağlam pəhrizin əsas hissəsidir. Ancaq çalışıb ağıllı seçimlər etmək lazımdır. Kilo almaq istəməyənlər üçün müəyyən işlənmiş seçimlərdən qaçınmaq vacibdir.

Lent.az xəbər verir ki, əsasən iki qəlyanaltı məhsuldan çəkinmək önəmlidir.

Bunlardan biri dönərdir. Bu qidada olan yüksək kalorilər bel ətrafında çəki artımına səbəb ola bilər. Bəs, onu nə ilə əvəz etməli? Belə ki, onu meyvə, qoz-fındıq və badam südündən təbii şirinliyi olan evdə hazırlanmış qəlyanaltılarla əvəz etmək olar.

İkinci qida isə hər kəsin çox sevdiyi çipslərdir. Mağazada satın alınan kartof çipslərinin əksəriyyəti sağlam deyil.

Onlar emal olunur və tez-tez şişkinliyə səbəb olan natrium ehtiva edir. Əvəzində qovrulmuş noxud yeyin. Onun tərkibində yük sək lif və protein var ki, bu da kökəlmənin qarşısını ala bilir.

# 2328
avatar

Sevinc Fərid

Oxşar yazılar