Beyinə faydalı olan qidalar
02 fevral 2023 13:55 (UTC +04:00)

Beyinə faydalı olan qidalar

Qidalanma üzrə psixiatr və mütəxəssis Uma Naidoo beyin sağlamlığı üçün faydalı olan qidaları açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, mütəxəssis bildirib ki, insanlar bu qidaları kifayət qədər istehlak etmir.

Tünd şokolad

Tünd şokolad neyronları qoruyan, insanda əhval-ruhiyyə yaradan qidadır. Araşdırmalara görə, müntəzəm olaraq tünd şokolad yeyən insanlarda depressiya əlamətləri 70 faiz daha az olur.

Püstə

Püstənin tərkibində vacib vitamin və minerallar, həmçinin beynimizin yaxşı işləməsi üçün lazım olan faydalı yağlar var. Gündə bir ovuc püstəni yemək yaddaşı gücləndirir.

Avokado

Avokado beyin funksiyalarının düzgün şəkildə işləməsi üçün vacib olan yüksək miqdarda maqnezium ehtiva edir.

# 1869
avatar

Arzu Qurbanlı

Oxşar yazılar