“Həm kəskin həm də xroniki böyrək xəstələri eyni dərəcədə COVID-19 risk qrupuna aiddir. Amma xroniki xəstəliyi olanlar daha çox həssas qrup hesab edilir”.
Bu fikirləri Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev bildirib:
Fazir Babayev qeyd edir ki, böyrək xəstəliklərindən əziyyət çəkən şəxslərdə COVID-19 infeksiyası baş verərsə, müalicə tədbirləri anoloji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir:
“Həm xroniki böyrək xəstələri, həm dializ alan xəstələr, həm də transplantasiya olunanlar vaksinasiya oluna bilər və tövsiyə olunur. Lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır.
Xroniki böyrək xəstələri, dializ alan və transplantasiya olunan xəstələr xüsusilə məsuliyyətli olmalı, xəstəliyin ən az əlamətlərinə şübhə olduğu halda izolyasiya olunmalı və həkimə müraciət etməlidir. Əsasən də dializ olunan və transplantasiya əməliyyatı keçirmiş xəstələrdə daim immunodefisit vəziyyət olduğu üçün bu qrup xəstələrin ətraf ictimai mühitlə təmasları minimuma endirilməlidir”.

Bu ağır xəstələr də peyvənd oluna bilərlər – SİYAHI
Oxşar yazılar

İnfarktdan əvvəl ürək necə ağrıyır?
1 avqust 2025 , 19:46
Qarpız yeyəndə ehtiyatlı olun: Şirin ləzzətin arxasında gizlənən təhlükələr
1 avqust 2025 , 17:40
Şişkinliyi kökündən yox edir: Hər səhər qatığın içinə 1 qaşıq əlavə edib yeyin
1 avqust 2025 , 15:39
Yumurtanın gözlənilməz faydası açıqlandı
1 avqust 2025 , 10:30
Günəş allergiyası barədə nə bilməliyik?
1 avqust 2025 , 04:34
Depressiyanın səbəbi gündəlik istifadə etdiyimiz bir məhsul ola bilər
31 iyul 2025 , 18:56
Xəstədə əvvəllər məlum olmayan qan qrupu aşkarlandı
31 iyul 2025 , 17:49