Ultra-emal olunmuş qidalar vaxtından əvvəl ölüm riskini artırır.Alimlərin məlumatına görə, bu cür məhsullar təkcə xroniki xəstəliklərin inkişafına səbəb olmur, həm də əhalinin ölüm nisbətinin artması ilə birbaşa əlaqələndirilir.
Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Artan ölüm riski
Ultrayüksək emal olunmuş məhsullar çoxmərhələli emal prosesindən keçmiş, təbii komponentləri süni maddələrlə əvəz olunmuş məhsullardır. Onlar adətən yüksək kalori tərkibli, lif və faydalı maddələrdən məhrum, dad gücləndiricilər, konservantlar və stabilizatorlarla zəngin olurlar.
Araşdırmada göstərilir ki, ultra-emal olunmuş məhsulların istehlakı cəmi 10% artdıqda ümumi ölüm riski 3% yüksəlir. Tədqiqatçılar qeyd edirlər ki, 2018-ci ildə ABŞ-da bu cür məhsulların həddindən artıq istifadəsi səbəbilə 30-69 yaş arası 124 min insan vaxtından əvvəl dünyasını dəyişib.
Əsas təhlükə təkcə məhsulların tərkibində deyil, həm də onların sənaye üsulu ilə emal edilməsindədir
Bu məhsullar məhsulları tərkibində yüksək natrium, trans yağlar və şəkər saxlayır, sənaye emalı zamanı onların strukturunda dəyişikliklər baş verir. Süni rəngləndiricilər, aromatizatorlar, şirinləşdiricilər, emulqatorlar və digər kimyəvi əlavələr bu məhsullarda geniş istifadə olunur. Bu səbəbdən, ultra-emal olunan qida istehlakı ilə əlaqədar ölüm hallarının qiymətləndirilməsi sənaye qidalarının sağlamlığa təsirini bütövlükdə ortaya qoyur.
Araşdırmalar göstərir ki, bu cür məhsullar ürək-damar xəstəlikləri, şəkərli diabet, piylənmə, hətta neyrodegenerativ pozğunluqlar riskini artırır
Xüsusilə gənc və orta yaşlı nəslin bu məhsullara meyli uzunmüddətli sağlamlıq risklərini artırır.
Ən təhlükəli məhsul kateqoriyaları
Alimlər aşağıdakı məhsul qruplarını xüsusilə təhlükəli hesab edirlər:
Emal olunmuş ətlər – kolbasa, sosiska, bekon və digər nitrat və konservantlı ət məhsulları;
Şirin və diet içkilər – qazlı sular və süni şirinləşdirilmiş içkilər;
Südlü desertlər – dondurma, pudinq, şəkərli yoqurtlar;
Şirin səhər yeməkləri – şəkərli qarğıdalı lopaları və aromatizatorlu qranolalar.
Risk statistikası
Tədqiqat göstərib ki, ultrayüksək emal olunmuş məhsulları çox istifadə edənlərdə ümumi ölüm riski 4%, neyrodegenerativ xəstəliklərdən ölüm riski isə 8% artmışdır. Bu nəticələr sübut edir ki, qidalanma sağlamlığa ciddi təsir göstərir və daha təbii, az emal olunmuş məhsullara üstünlük verilməlidir.
Alimlər bu nəticələrin dövlət səviyyəsində qida siyasətində dəyişikliklərə səbəb olmalı olduğunu bildirirlər.