Bu xəstəliyi olanlara tənha qalmaq OLMAZ
30 iyun 2023 15:39 (UTC +04:00)

Bu xəstəliyi olanlara tənha qalmaq OLMAZ

Avropa Kardiologiya Cəmiyyətinin alimləri belə qənaətə gəliblər ki, tənhalıq pəhriz, idman, siqaret və depressiya ilə yanaşı ürək xəstəlikləri üçün böyük risk faktorudur.

Lent.az xarici mediaya istinadla bildirir ki, Tulane Universitetinin İctimai Sağlamlıq və Tropik Tibb Məktəbinin tədqiqat müəllifi Lu Qiyə görə, diabetli insanlarda sosial əlaqənin keyfiyyəti ürək sağlamlığı üçün daha vacibdir. Alim əmindir ki, insanlar tənhalığın fiziki və emosional sağlamlıq üçün təsirini az görməməlidir:

“Mən tənha hiss edən diabet xəstələrinə bir qrup insana qoşulmağı və ümumi maraqlarınız olan insanlarla dostluq etməyə çalışmağı məsləhət görərdim”.

Tədqiqatda yaşları 37-73 arasında olan 18 mindən çox britaniyalı iştirak edib. Onlar bədən kütləsi indeksi, fiziki fəaliyyət, pəhriz, alkoqol, siqaret, dərman, qan təzyiqi, xolesterin və qan şəkəri səviyyələri kimi parametrlərdən istifadə edərək təklik eləcə də digər amilləri qiymətləndiriblər. Tədqiqatda 10 il ərzində 3000-dən çox insanda koronar ürək xəstəliyi və ya insult da daxil olmaqla ürək xəstəliyi inkişaf edib.

Tədqiqatçılar tənhalıq şkalasında ən yüksək bal toplayanların ürək xəstəliyinə tutulma riskinin aşağı bal toplayanlara nisbətən 26% daha çox olduğunu müəyyən ediblər. Tədqiqatçılar həmçinin belə qənaətə gəliblər ki, şəkərli diabet xəstələri üçün fiziki risk faktorlarının (zəif idarə olunan qan şəkəri, yüksək qan təzyiqi, yüksək xolesterin, siqaret və zəif böyrək funksiyası) təsirləri tənha insanlarda daha güclüdür. Tədqiqatçıların fikrincə, diabetli xəstələrdən təklik haqqında soruşmaq psixi sağlamlıq xidmətlərinə müraciət etməklə standart qiymətləndirmənin bir hissəsi olmalıdır.

# 1599
avatar

Oxşar yazılar

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

27 aprel 2024 , 15:45
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

27 aprel 2024 , 11:49
Üzünüzə küncüt çəkin və effektini görün

Üzünüzə küncüt çəkin və effektini görün

27 aprel 2024 , 03:35
Başgicəllənmənin 4 səbəbi  AÇIQLANDI

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI

26 aprel 2024 , 19:49
Poliklinikalardakı sıxlığın  səbəbi AÇIQLANDI

Poliklinikalardakı sıxlığın səbəbi AÇIQLANDI

26 aprel 2024 , 12:32
Yaxşı yatmaq  üçün axşamlar BUNLARI YEYİN

Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN

26 aprel 2024 , 11:55
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

26 aprel 2024 , 09:35
Daha  sürətli arıqlamaq   üçün yeməklərə bunu ƏLAVƏ EDİN

Daha sürətli arıqlamaq üçün yeməklərə bunu ƏLAVƏ EDİN

25 aprel 2024 , 13:15