Çayın bilinməyən ZƏRƏRLƏRİ
18 avqust 2023 12:31 (UTC +04:00)

Çayın bilinməyən ZƏRƏRLƏRİ

Çay ən çox yayılmış içkilərdən biridir. Bununla belə, həddindən artıq çay istehlakı orqanizmə mənfi təsir göstərə bilər. Mütəxəssislər çayın müxtəlif zərərlərini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlərin fikrincə, çay məhdud miqdarda istifadə edilməlidir.

Çayın həddindən artıq istehlakı insan sağlamlığına mənfi təsir göstərə bilər. İçkinin tərkibindəki flavonoidlər dəmirin qidadan, xüsusən də bitki qaynaqlarından udulmasına mane ola bilər. Qırmızı çaya xüsusi diqqət yetirilir. Tərkibində yüksək miqdarda kofein var, buna görə də müntəzəm istehlak bədənə, o cümlədən ürək və qan damarlarına ciddi zərər verə bilər. 
 

# 8178
avatar

Arzu Qurbanlı

Oxşar yazılar