Dünyanın ən təhlükəli  5 MƏHSULU: yemək QADAĞANDIR
29 may 2023 18:27 (UTC +04:00)

Dünyanın ən təhlükəli 5 MƏHSULU: yemək QADAĞANDIR

Bəzi qidalar çox təhlükəli sayılır, amma yenə də yeyilir. Bu qidalar bahalı və ləzzətli olsalar da gündəlik yemək hesab olunur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər ən təhlükəli qidaların siyahısını tərtib ediblər.

Fuqu balığı Yaponiyada çox məşhurdur, lakin ondan yeməkləri yalnız peşəkarlar bişirə bilər. Tərkibində ölümcül bir zəhər var - tetrodotoksin, son dərəcə tez udulan və fəlakətli nəticələrə səbəb olan bir maddə. Aşpazlar balıq bişirməyə və müştərilərə xidmət etməyə icazə verilməzdən əvvəl bir neçə il ərzində geniş təlim keçirlər.

Cassu marzu pendiri dünyanın ən təhlükəli pendiri kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilmiş Sardiniya adasının delikatesidir. Üstəlik, Avropa İttifaqında bu pendirin satışı rəsmi olaraq qadağandır. Tərcümə edilən casu marzu "çürük pendir” deməkdir, danışıq dilində “qurdlu pendir” ifadəsini də işlədirlər. Siz onu yeyərkən pendirdən milçək sürfələri üzərinizə atlaya bilər. 

Rhubarb bir çox xalq tərəfindən yemək kimi istifadə olunur. Ancaq bu bitkinin tərkibində yüksək dozada ürək bulanmasına səbəb olan, mineralların udulmasına mane olan və böyrək daşlarının inkişafına kömək edə bilən oksalat turşusu var.

Çiy qırmızı lobya və soyada bədənimizin həzm edə bilmədiyi bir maddə var. Ona görə də qida zəhərlənməsinin qarşısını almaq üçün onları düzgün bişirmək vacibdir. Bu maddə şiddətli mədə ağrısı və qusmaya səbəb ola bilər. Lobya bişirməzdən əvvəl ən azı 12 saat suda islatdığınızdan əmin olun. Bu, paxlalı bitkilərdə olan digər təbii toksini, həmçinin həzmə mane olan tripsin fermentini aradan qaldırmağa kömək edəcək.

Muskat qozu pastalara, souslara, ət yeməklərinə əlavə edilən məşhur ədviyyatdır. Ancaq böyük dozalarda ciddi həzm problemlərinə səbəb olur - şiddətli ağırlıq, ürəkbulanma, ağrı, kramplar, həmçinin psixi pozğunluqlar.

# 4137
avatar

Fidan İlqar

Oxşar yazılar