Günəş kremi seçərkən nələrə diqqət etməliyik?
25 iyul 2023 06:30 (UTC +04:00)

Günəş kremi seçərkən nələrə diqqət etməliyik?

Dəriyə qulluqda ən vacib detallardan biri olan və təkcə yayda deyil, ilin hər fəslində istifadə etməli olduğumuz günəş kremini seçmək çox vaxt çətin görünə bilər.

Lent.az xəbər verir ki, günəş kremi seçərkən bir neçə çəqanma diqqət etməliyik.

Bunlardan birincisi dəri tipinizə uyğun günəş kremi seçməkdir. Əgər yağlı dəri tipinə sahibsinizsə su əsaslı kremləri, dəriniz qurudursa intensiv nəmləndirici xüsusiyyətlərə malik kremləri seçməlisiniz. Dəriniz həssasdırsa, mütəxəssisə müraciət etməli və günəş kremi almalısınız. Əks halda istifadə etdiyiniz məhsul allergik reaksiyalara səbəb ola bilər.

Günəş kremi seçərkən nəzərə alınmalı olan digər amil qoruma faktorudur. Dərinizin günəşə qarşı həssaslığına görə günəşdən qoruyucu kremlərdə SPF olaraq təyin olunan günəşdən qorunma faktorunu təyin edə bilərsiniz.

Məhsulun tərkibi də çox vacibdir. Bu səbəbdən həm UVB, həm də UVA qoruyucusu olan bir günəş kremi seçməlisiniz. Çünki UVA şüaları dəridə ləkələrə və ciddi günəş yanıqlarına səbəb olarkən; UVB şüaları dəri xərçəngi riskini artıra bilər.

Bütün fəsillərdə istifadə etməli olduğunuz günəşdən qoruyucu kremlər alırsınızsa, kremin suya davamlı olması vacibdir. Buna diqqət etsəniz, kreminiz dənizə və ya hovuza girdiyiniz zaman dərinizdən axaraq təsirini itirməyəcək.

# 1662
avatar

Oxşar yazılar