Hansı məhsullarda təbii GMO var? - Bioloq sadalayır
07 dekabr 2023 15:33 (UTC +04:00)

Hansı məhsullarda təbii GMO var? - Bioloq sadalayır

Bioloq Tatyana Matveyeva təbii GMO olan məhsulları açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, təbii GMO-lar ikiotlu bitkilərin təxminən 7 faizində, yəni çay, fıstıq, zoğal, qaragilə, xurma, tütün, şirin kartof və bir çox başqa məhsullarda olur. 

Onun sözlərinə görə, ilk təbii GMO 1983-cü ildə “nicotiana glauca” tütünündə tapılıb:

“Bu bakteriyalar kənd təsərrüfatı üçün kifayət qədər problem yaradır, çünki məhsuldarlığı azaldır. Buna görə də insanlar onları öyrənməyə başlayıblar. Məlum olub ki, bakteriya bitkiyə yoluxduqda öz DNT-sinin bir parçasını oraya daxil etməyi bacarır. Nəticədə bu DNT bitkilərdə işləməyə başlayır. İkiotlu bitkilərin təxminən 7 faizinin genomlarında aqrobakterial infeksiyaların izləri var, lakin hələ də genomda öz izlərini saxlaya bilən viruslar var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3402
avatar

Arzu Qurbanlı

Oxşar yazılar