Həkim yumurta və südün  faydalarından danışdı
13 mart 2024 11:02 (UTC +04:00)

Həkim yumurta və südün faydalarından danışdı

Həkim Natalya Mixaylova yumurta və südün faydaları haqqında danışıb. 

Lent.az xəbər verir ki, bu məhsulların tərkibində zərərli maddələrdən daha çox faydalı maddələr var.

Həkim insanları yumurta və südün təhlükəsi haqqında şayiələrə inanmamağa çağırıb. 

Onun fikrincə, yumurtanın tərkibində pis xolesterolu çıxarmağa kömək edən və həmçinin dəri tonunu yaxşılaşdıran E vitamini var. Həkim onu da əlavə edib ki, bu məhsuldan səpgilər allergiya olmadan baş vermir.

Həkim sonda bildirib ki, süd də bədən üçün son dərəcə faydalıdır. Ancaq onun da düzgün şəkildə istehlak edilməsi vacibdir. 
 

# 7956
avatar

Sevinc Fərid

Oxşar yazılar