İnsanlar ən çox bu xəstəliklərdən  ölür
04 dekabr 2022 03:23 (UTC +04:00)

İnsanlar ən çox bu xəstəliklərdən ölür

Dünyada ən çox insan ölümü ilə nəticələnən xəstəliklər məlum olub. 

Lent.az xəbər verir ki, “Nature” jurnalının 150 ölkədə apardığı tədqiqat zamanı insanların ilk növbədə ürək xəstəliklərindən vəfat etdiyi məlum olub. 

İkinci sırada zərərli bakteriyaların törətdiyi xəstəliklər gəlir.  Alimlər insan ölümünə səbəb olan 30 əsas bakteriyanı müəyyən ediblər.

Bunların işində ən təhlükəlisi qızılı stafilokoklar və pnevmokoklardır. “Microsoft” şirkətinin maliyyələşdirdiyi tədqiqatda 150 ölkədən mindən çox alim iştirak edib. Məqsəd səhiyyə xərclərinin iqtisadiyyatdakı çəkisni azaltmaq üçün yeni yollar tapmaqdır.
 

# 2526
avatar

Oxşar yazılar