Kifli pendirin faydaları və zərərləri
10 avqust 2022 09:09 (UTC +04:00)

Kifli pendirin faydaları və zərərləri

Bizim bəyənib yemədiyimiz  kifli pendir əslində  dünyanın ən bahalı pendir növlərindən sayılır. Bir çoban sayəsində kəşf olunan rokfor pendiri sonralar Fransada kralların pendiri kimi məşhurlaşır.  

Lent.az xəbər verir ki, hazırda bu prndir növü Fransada şərabın yanına yaraşan ən gözəl pendir hesab edilir. 

Osmanlı dövründə döyüşlərdən əvvəl əsgərlər xəstələnməsin, sağlam və güclü olsun deyə kiflənmiş pendir yeyərdilər. Qanuni Süleyman qış aylarında səfərə çıxan əsgərlərinə kiflənmiş pendir verilməsini əmr etmişdi. Bundan başqa, əsgərlərin yaralarına kiflənmiş pendirin məlhəm kimi tətbiqi tarixi mənbəələrdə qeyd olunur. 

Tərkibindəki antioksidanlar sayəsində bədən üçün güclü bir antibiotik olan kifli pendir nizamlı olaraq qəbul edildikdə orqanizmi xəstəliklərə qarşı davamlı edir.

Kalsiumla zəngin olan rokfor pendiri sümüklərin inkişafı və diş sağlamlığı üçün önəmlidir. Osteoparoz riskini azladır. İçindəki kif sayəsində təbii antibiotik təsiri göstərərək xəstəliklərə qarşı müqaviməti artırır. Proteinlə zəngin olduğu üçün uzun müddət toxluq hissi verir. 

Amma bu pendirdən xeyir əvəzinə, zərər də görmək olar. Emal prosesi düzgün aparılmasa, xərçəng hüceyrələrinin artmasına səbəb ola bilər. Kiflənmə zamanı zərərli kiflərlə təması pendirin bütün faydalı xüsusiyyətlərini məhv edə, zəhərlənməyə səbəb ola bilər. 

Ümumilikdə pendir ziddiyyətli məhsuldur. O, insana sağlamlıq verdiyi kimi, problemlər də yarada bilər. Pendir qida asılılığı yarada bilər. Hətta o dərəcədə ki, narkotiklər kimi pedirdən də asılı qalmaq olar. Düzdür pendir əsəb sinir sisteminə təsir etməyəcək, uyuşdurayacaq, amma müəyyən problemlər yaradacaq.

Məsələn yuxarıda adını çəkdiyimiz kifli pendir tərkibindəki yüksək tiamin maddəsi səbəbi ilə miqren yarada bilər.

O həm də güclü ürək döyünməsi, tərləmə, ürək ağrıları, əl və ayaqların uyuşması kimi problemlər yarada bilər. Miqrendən əziyyət çəkənlər pendiri şərab, qoz və üzüm kimi məhsullarla birlikdə istifadə etməməlidirlər

# 1998
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar