Koronavirusun daha təhlükəli patogeni ortaya çıxa bilər - ÜST
29 iyun 2023 05:16 (UTC +04:00)

Koronavirusun daha təhlükəli patogeni ortaya çıxa bilər - ÜST

COVID-19 pandemiyası ilə mübarizədə qlobal fövqəladə vəziyyətin sona çatması ilə bağlı may ayında verilən açıqlama SARS-CoV-2-dən daha ölümcül patogenin təhlükəsinin aradan qalxması demək deyil.

Lent.az  xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus fəxri doktor adına layiq görüldüyü Portuqaliyanın Koimbra Universitetində çıxışı zamanı deyib.

“May ayında mən nəhayət ki, COVID-19-un sonunu elan edə bildim... Ancaq COVID-19 pandemiyası başa çatsa da, daha ölümcül potensiala malik başqa bir patogenin ortaya çıxması təhlükəsi hələ də qalmaqdadır”, - o bildirib.

Baş direktor bəşəriyyətin “bu çətin dövrlərdə elmi və ictimai sağlamlığı müdafiə edənlərə borclu olduğunu” xatırladaraq, “pandemiya illərindən dərs almağa” çağırıb. Deyib ki, biz yeni pandemiyalara hazırlaşmalıyıq. Onun sözlərinə görə, bu, pandemiyaya hazırlıq və cavab tədbirləri üzrə yeni beynəlxalq sazişlər vasitəsilə edilə bilər. Qebreyesus "dünyanı gələcək nəsillər üçün daha təhlükəsiz yerə çevirəcək" razılaşmanın əldə olunacağına əminliyini ifadə edib.

Qlobal səhiyyədə koronavirusla əlaqədar fövqəladə vəziyyət 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-dək qüvvədə olub. ÜST 2020-ci il martın 11-də COVID-19 epidemiyasını pandemiya kimi xarakterizə etdi. Təşkilatın saytında dərc olunan bu il iyunun 21-nə olan məlumata görə, dünyada 768 milyon 187 min 96 nəfər koronavirusa yoluxub, 6 milyon 945 min 714 nəfər ölüb. Qebreyesus mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə isə COVID-19 səbəbindən ölənlərin sayının ən azı 20 milyon olduğunu bildirib.

# 1434
avatar

Oxşar yazılar

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

27 aprel 2024 , 15:45
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI

27 aprel 2024 , 11:49
Üzünüzə küncüt çəkin və effektini görün

Üzünüzə küncüt çəkin və effektini görün

27 aprel 2024 , 03:35
Başgicəllənmənin 4 səbəbi  AÇIQLANDI

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI

26 aprel 2024 , 19:49
Poliklinikalardakı sıxlığın  səbəbi AÇIQLANDI

Poliklinikalardakı sıxlığın səbəbi AÇIQLANDI

26 aprel 2024 , 12:32
Yaxşı yatmaq  üçün axşamlar BUNLARI YEYİN

Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN

26 aprel 2024 , 11:55
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

26 aprel 2024 , 09:35
Daha  sürətli arıqlamaq   üçün yeməklərə bunu ƏLAVƏ EDİN

Daha sürətli arıqlamaq üçün yeməklərə bunu ƏLAVƏ EDİN

25 aprel 2024 , 13:15