Başınız ağrıyır, yoxsa hərarətiniz yüksəlib?
Bir çox insan dərhal parasetamol və ya ibuprofene müraciət edir. Bu reseptsiz dərmanlar doğrudan da tez kömək edə bilər, lakin yalnız düzgün istifadə edildikdə.
Lent.az ağrıkəsicilərin təhlükəsiz istifadəsi ilə bağlı 10 vacib qaydanı sizə təqdim edir:
Ağrıkəsicilər haqqında bilməli olduqlarınız:
Araşdırmalar göstərir ki, insanların 15%-i gündəlik dozadan artıq dərman qəbul edir, bunu isə çox vaxt bilmədən edirlər. Bu, adətən tərkibində eyni təsiredici maddələr olan bir neçə preparatın eyni vaxtda qəbul olunması ilə bağlıdır. Məsələn, parasetamol təkcə hərarət salan həblərdə deyil, həm də qrip və allergiya preparatlarının tərkibində ola bilər.
Budur bilməli olduğunuz 10 vacib fakt:
1. Parasetamol hərarət zamanı ən yaxşı seçimdir – yumşaq təsir edir və orqanizm üçün daha təhlükəsizdir.
2. Qeyri-steroid iltihab əleyhinə preparatlar (QİƏP) – məsələn, ibuprofen və naproksen – iltihab və əzələ ağrısı zamanı daha effektivdir, lakin daha çox yan təsirləri var.
3. Parasetamolun çox dozası qaraciyərə zərər verə bilər, xüsusilə spirtlə birlikdə qəbul edildikdə.
4. QİƏP mədə ağrısı, xoralar, təzyiqin artması və hətta insult riskini artırır.
5. Hansı ağrıkəsicini seçəcəyinizi bilmirsinizsə, həkimlə məsləhətləşin.
6. Dozanı aşmayın – bu, təsiri artırmır, əksinə riskləri çoxaldır.
7. Davamlı ağrı – bu, sadəcə növbəti həbi udmaq yox, həkimə müraciət üçün siqnaldır.
8. Dərmanların tərkibini oxuyun ki, müxtəlif preparatlarla eyni maddəni təkrar qəbul etməyəsiniz.
9. Güclü ağrı zamanı parasetamol və QİƏP-ləri növbəli şəkildə qəbul etmək daha effektiv və təhlükəsizdir.
10. Gel, plastır, isti kompres və ya müalicəvi idman kimi yerli və dərmansız üsulları da sınayın.