Bir pizzanın qiyməti bəzən yeni bir premium avtomobilin qiymətinə çata bilər və bu, heç də şişirtmə deyil. Dünyanın ən bahalı pizzasının adı “Louis XIII” (Lui XIII) olub, onu italyan aşpaz Renato Viola kulinariya sənətinin bənzərsiz bir şah əsəri kimi yaradıb.
Lent.az bu pizzanın qiymətini təqdim edir:
Bu pizzanın qiyməti 8300 avro təşkil edir, və bir porsiyanın hazırlanması və təqdimatı prosesi təxminən 72 saat davam edir.
Pizzanın hazırlanması və tərkibi
Bu kulinariya möcüzəsini sifariş etmək üçün ən azı 72 saat əvvəl xəbərdarlıq etmək lazımdır. Sifariş zamanı aşpaz şəxsi şəkildə müştərinin evinə gəlir və pizzanı orada hazırlayır. Əsas qat xüsusi növ italyan unundan hazırlanmış xəmir 72 saat ərzində fermentasiya olunur. İçlik üçün üç növ nadir hisə verilmiş bufala rikottası, australiyalı çəhrayı krevetlər və norveç xərçəngləri istifadə olunur.
Belnovosti müxbirinin məlumatına görə, pizzanın üzərinə on növ dəniz məhsulu o cümlədən nərə balığı kürüsü və langust əlavə edilir. Bu yeməyi bənzərsiz edən təkcə tərkibindəki lüks inqrediyentlər deyil, həm də onların hazırlanma üsuludur.
Məsələn, pendir xüsusi soyuq tüstüləmə texnikası ilə işlənir. Reseptdə yalnız ən yüksək keyfiyyətli zeytun yağı, kristal formada olan çəhrayı Himalay duzu və xüsusi dəniz yosunları istifadə edilir. Hətta pomidor sousu da ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilmiş üç növ pomidordan hazırlanmış püredir.
Təhvil və təqdimat mərasimi
Pizzanın təqdimatı əsl teatr tamaşasına bənzəyir aşpaz bu zaman qızıldan hazırlanmış xüsusi alətlərdən istifadə edir. Yemək canlı musiqinin müşayiəti ilə süfrəyə gətirilir və ona Louis XIII Le Mathusalem şampanı təklif olunur. Bu pizza adi yemək kimi deyil, həm zəngin kulinariya təcrübəsini və incəsənəti birləşdirən unikal təcrübə kimi təqdim olunur.