Serbiya Superliqasında çıxış edən “Radniçki” futbol klubunun baş məşqçisi Mladen Jijoviç oyun zamanı dünyasını dəyişib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə qarşılaşmanın 22-ci dəqiqəsində baş verib. Jijoviç qəfil olaraq skamyada huşunu itirib.
O, dərhal xəstəxanaya aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Futbolçular məşqçinin ölüm xəbərini oyunun 41-ci dəqiqəsində birbaşa meydanda öyrəniblər. Bundan sonra görüş dayandırılıb, oyunçular isə ağlayaraq meydanda diz çöküblər.
Qeyd edək ki, 43 yaşlı Mladen Jijoviç “Radniçki”nin baş məşqçisi kimi cəmi üçüncü oyununa çıxmışdı.