Yumurtanı daha da dadlı  etmək üçün 5 MƏHSUL
09 oktyabr 2025 15:48 (UTC +04:00)

Yumurtanı daha da dadlı etmək üçün 5 MƏHSUL

0

Yumurtalı yeməklər səhər yeməyinin klassikasıdır, lakin onun dadını bir neçə sadə inqrediyentlə daha da zənginləşdirmək mümkündür.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, bu məhsullar yeməyə daha çox ətir, tekstura və doyumluluq verir. Onların sayəsində adi bir yumurta yeməyi belə əsl kulinariya şah əsərinə çevrilə bilər.

1. Pendir

Pendir yumurtaya krem kimi yumşaqlıq, zəngin dad və doyumluluq əlavə edir. Həm sərt (çedder, qauda, parmezan), həm də yumşaq (mozzarella, feta, rikotta) növlər uyğundur.

Sərt pendiri sürtgəcdən keçirib bişirmə zamanı əlavə etmək olar bu zaman o bir qədər əriyib yumurtayla birləşəcək. Yumşaq pendiri isə bişirmənin sonunda əlavə etmək daha məqsədəuyğundur ki, o tam əriyib axmasın, sadəcə bir qədər yumşalsın.

2. Göyərtilər

Yumurtaya əlavə etmək üçün cəfəri, şüyüd, yaşıl soğan, reyhan və keşniş çox uyğundur. Göyərtilər yeməyə təravət, ətir və yüngül dad qatır. Onu bişirmənin sonunda əlavə etmək və ya üzərinə səpmək daha yaxşıdır. Əgər yumurtayla birlikdə qızardarsınızsa, göyərti ətirini bir qədər itirə bilər.

3. Tərəvəzlər

Pomidor, bolqar bibəri, ispanaq, göbələk və brokoli yumurtayla mükəmməl uyğunlaşır. Onlar yeməyə şirəlik, tekstura və faydalı maddələr qatır.

Sərt tərəvəzləri (bibər, brokoli) əvvəlcədən azca qızartmaq daha yaxşıdır, çünki yumurtalar onlardan tez bişir. Pomidor və ispanağı isə demək olar ki, hazır yumurtaya əlavə etmək kifayətdir onlar tez yumşalır və ətirli olur.

4. Avokado və ya zeytun

Zeytun yumurtaya bir az duzluluq, avokado isə kremvari yumşaqlıq verir. Bu məhsulları kub şəklində doğrayıb artıq hazır yeməyə əlavə etmək məsləhətdir ki, çox isinib dadını itirməsin. Avokadonun üzərinə bir az limon suyu sıxmaqla ona təzəlik və təravət qata bilərsiniz.

5. Kartof

Kartofu kub və ya nazik dilimlər şəklində doğrayıb qızılı rəng alana qədər qızartmaq, ya da əvvəlcə bir qədər qaynatmaq olar. Çiy kartof uzun müddət bişdiyi üçün, yumurta hələ tam bişməmişkən yanıba bilər.

Kartof qızardıldıqdan və ya qaynadıldıqdan sonra çalınmış yumurta əlavə edilir və orta odda qarışdıraraq bişirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 562

Oxşar yazılar