Kamçatkada son sutka ərzində təxminən 60 seysmik hadisə baş verib, onlardan altısı hiss olunub.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı TASS-a məlumat verib.
Qurumdan bildirilib ki, Pетropavlovsk-Kamçatski şəhərində sakinlər 4 bala qədər yeraltı təkanları hiss ediblər:
“Son 24 saat ərzində 58 zəlzələ qeydə alınıb, onlardan 6-sı şəhər sakinləri tərəfindən hiss olunub.”
Məlumata görə, bölgədə seysmiklik səviyyəsi yüksək olaraq qalır. Baş verən təkanlar 30 iyul zəlzələsindən sonrakı afterşoklar kimi qiymətləndirilir.