Peyvəndi olmayan  yeni ölümcül   virus XƏBƏRDARLIĞI  - Onun əlamətləri nədir?
01 iyun 2023 00:22 (UTC +04:00)

Peyvəndi olmayan yeni ölümcül virus XƏBƏRDARLIĞI  - Onun əlamətləri nədir?

Həkimlər insan metapnevmovirusu (HMPV) - ən pis hallarda bronxit, pnevmoniya və bəzən ölümə səbəb olan ölümcül bir virusdan danışıblar.

Lent.az xarici mediaya istinadən bildirir ki, Xəstəliklərə Nəzarət Mərkəzlərinin (CDC) məlumatına görə, ABŞ-da reanimasiya şöbələrində insan metapnevmovirusuna (HMPV) yoluxma halları aktiv şəkildə qeydə alınır. Yaz aylarında yoluxma nisbəti kəskin artıb.

Virus qrip və COVID-19 əlamətlərinə malikdir və şiddətli öskürək, burun axması, boğaz ağrısı və qızdırma yaradır. HMPV yoluxmuş şəxslə təmasda, məsələn, əl sıxmaq, asqırmaq və ya yoluxmuş əşyalara toxunmaqla ötürülür.

Ən pis hallarda xəstə bronxit və pnevmoniya səbəbindən nəfəs almaqda çətinlik çəkir. Bu xüsusilə yaşlılar arasında xarakterikdir.

Hazırda virusla mübarizə üçün heç bir müalicə və ya peyvənd yoxdur. Pittsburq Universitetinin pediatrı doktor Con Uilyamsın dediyinə görə, HMPV "heç vaxt eşitmədiyiniz" ən vacib virusdur.

Qrip və respirator sinsitial virus (RSV) ilə birlikdə HMPV insanların xəstəxanaya gətirən ən çox yayılmış virusdur. Bir neçə ölüm məlumdur. Mütəxəssislərin fikrincə, hazırda kifayət qədər testlər yoxdur və buna görə də hər il HMPV-dən neçə nəfərin öldüyü məlum deyil.

Məlumdur ki, bu yaxınlarda COVID-19-a qarşı peyvənd hazırlayan Amerika əczaçılıq şirkəti “Moderna”, HMPV və paraqripə qarşı mRNA peyvəndi üzərində araşdırmaları tamamlayıb.
 

# 2208
avatar

Oxşar yazılar

Xərçəngdən qorunmağın YEGANƏ YOLU

Xərçəngdən qorunmağın YEGANƏ YOLU

24 may 2024 , 19:07
İnfarktın  qarşısını alan   MƏHSUL

İnfarktın qarşısını alan MƏHSUL

24 may 2024 , 16:44
Çiyələyi həddindən artıq yemək  nələrə səbəb olur?

Çiyələyi həddindən artıq yemək nələrə səbəb olur?

24 may 2024 , 13:37
Uşaqlarda  panik atak   baş verməsinin ƏLAMƏTLƏRİ

Uşaqlarda panik atak baş verməsinin ƏLAMƏTLƏRİ

24 may 2024 , 13:15
İnsanın düşüncələrinin SAĞLAMLIĞINA ƏKS TƏSİRİ

İnsanın düşüncələrinin SAĞLAMLIĞINA ƏKS TƏSİRİ

24 may 2024 , 10:52
Şorba ilə arıqlamaq mümkündürmü?

Şorba ilə arıqlamaq mümkündürmü?

24 may 2024 , 09:35
Dünyanın səhər yeməyi ilə məşhur olan 10 ÖLKƏSİ

Dünyanın səhər yeməyi ilə məşhur olan 10 ÖLKƏSİ

23 may 2024 , 16:06
Mono- pəhriz nədir?   - Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ

Mono- pəhriz nədir? - Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ

23 may 2024 , 14:21