Pul xəstəlik  yaradırmış - XƏBƏRDARLIQ
11 iyun 2026 16:38 (UTC +04:00)

Pul xəstəlik yaradırmış - XƏBƏRDARLIQ

0

Həkimlərin sözlərinə görə, nağd pullar müxtəlif mikroorqanizmlərin daşıyıcısı ola bilər. Bunun əsas səbəbi əskinasların gün ərzində çox sayda insanın əlindən keçməsi və müxtəlif səthlərlə təmasda olmasıdır. Bu risk xüsusilə kağız pullara aiddir. Məsaməli quruluşa malik olan əskinaslar bəzi digər materiallarla müqayisədə bakteriya və virusları daha uzun müddət öz üzərində saxlaya bilir. Pulların saxlanıldığı şərait də mühüm rol oynayır. Belə ki, pul kisələrində mikroorqanizmlərin yaşaması üçün əlverişli mühit yarana bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, aparılan müxtəlif araşdırmalar zamanı əskinasların üzərində bağırsaq infeksiyaları ilə əlaqəli bakteriyalar aşkarlanıb.

Ən çox rast gəlinənlərdən biri bağırsaq çöpüdür. Bu bakteriya adətən şəxsi gigiyena qaydalarına əməl olunmadıqda pulların üzərinə keçə bilir. Bundan başqa, əskinaslarda salmonella, stafilokok və streptokok bakteriyalarına da rast gəlinə bilər.

Mütəxəssislər nağd pulların üzərində bəzi virusların da mövcud olduğunu bildirirlər. Bunlara həzm sistemi pozğunluqlarına və digər xoşagəlməz əlamətlərə səbəb olan norovirus və rotavirus daxildir.

Bununla yanaşı, həkimlər vurğulayırlar ki, pullar nadir hallarda birbaşa yoluxma mənbəyinə çevrilir. Əsas risk insanın çirkli səthə toxunduqdan sonra əllərini yumadan üzünə toxunması və ya qida qəbul etməsi ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar