Qəhvə hansı xəstəliklərə səbəb olur?
01 dekabr 2022 10:19 (UTC +04:00)

Qəhvə hansı xəstəliklərə səbəb olur?

Qəhvənin bir çox faydalarının olduğu məlumdur. Eyni zamanda çox istifadə olunduqda bir sıra fəsadlarının yarandığı barədə də daim xəbərdarlıqlar olunur.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Avstraliya Universitetinin sağlamlıq mərkəzinin alimləri qəhvə ilə bağlı araşdırmalar aparıblar.

Onlar hesab edirlər ki, həddindən artıq qəhvə istifadəsi ciddi oynaq xəstəliklərinə gətirib çıxarır.

Məlumata görə, yeni tədqiqat başqa yolla aparılıb.

Universitetin professoru Elina Hipponen bildirib ki, əvvəllər hərtərəfli araşdırmalarda gündə altı fincana qədər qəhvənin təhlükəsiz olduğu deyilirdi:

"Bu dəfə araşdırmada biz genetik yanaşmadan istifadə etdik. Nəticələr göstərir ki, qəhvənin məqsədəuyğun normada qəbulu sağlamlığa zərər vermir. Lakin normanın aşılması oynaqların-osteoartrit və artropatiya xəstəliklərinin inkişaf riskini artırır".

Alim, osteoartrit və ya artropatiyanın irsi anamnezi olan insanlara, eləcə də artıq oynaqda problemlərlə üzləşənlər üçün qəhvədən həddindən artıq istifadə etməməyi tövsiyə edib.

# 1659
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Gərginliyi aradan qaldıran 5 qida

Gərginliyi aradan qaldıran 5 qida

28 yanvar 2023 , 17:49
Azərbaycanda COVID-dən 1 nəfər öldü - STATİSTİKA

Azərbaycanda COVID-dən 1 nəfər öldü - STATİSTİKA

28 yanvar 2023 , 16:39
Ən yaxşı məşq saatları  AÇIQLANDI

Ən yaxşı məşq saatları AÇIQLANDI

28 yanvar 2023 , 16:08
Gündə neçə fincan qəhvə içmək olar?

Gündə neçə fincan qəhvə içmək olar?

28 yanvar 2023 , 15:39
Saç tökülməsinin   qarşısını necə almaq olar?

Saç tökülməsinin qarşısını necə almaq olar?

28 yanvar 2023 , 14:36
Zəncəfilin bilmədiyimiz   faydaları

Zəncəfilin bilmədiyimiz faydaları

28 yanvar 2023 , 11:20
 DİQQƏT!   "Bu qidalar uşaqlarda xəstəlik yaradır"

DİQQƏT! "Bu qidalar uşaqlarda xəstəlik yaradır"

27 yanvar 2023 , 19:24
Koronavirusdan  ölənlərlə bağlı   SON STATİSTİKA

Koronavirusdan ölənlərlə bağlı SON STATİSTİKA

27 yanvar 2023 , 16:32