Qocalmanın əsas səbəbləri – Alimlər açıqladı
26 iyul 2023 09:52 (UTC +04:00)

Qocalmanın əsas səbəbləri – Alimlər açıqladı

İsveçrənin Bern Universitetinin alimləri qocalmanın əsas səbəbini açıqlayıblar.

Lent.az-ın məlumatına görə, onlar müəyyən edib ki, visseral qarın piyləri xroniki iltihaba səbəb olur. Bununla da yaşla bağlı xəstəliklərin inkişafı sürətlənir və orqanizmin müdafiəsi zəifləyir. Bu da qocalmanın əsas səbəbi hesab olunur.

Qeyd olunur ki, insanın solğunluğunda əsas rolu eozinofil leykositlər - bir növ immun hüceyrələr oynayır. Əvvəllər onların qan dövranı sistemində olduğuna inanılırdı. İndi elm adamları onları insanlarda və siçanlarda visseral yağda aşkarlayıblar.

İllər keçdikcə eozinofillərin sayı azalır, iltihablı makrofaqlar artır. Bədəndə visseral yağın çox olması ilə lökositlərin balanssızlığı meydana gəlir. Bu, allergik reaksiyaların, ağciyər xəstəliklərinin inkişaf ehtimalını artırır, parazitlərə qarşı müdafiəni zəiflədir və vaxtından əvvəl qocalmağa gətirib çıxardır.

Siçanlar üzərində aparılan təcrübələr zamanı məlum olub ki, gənc gəmiricilərdən qocalara eozinofillərin transplantasiyası iltihabın miqdarını azaldır. Nəticədə heyvanlar daha az xəstələnir, onların fiziki forması yaxşılaşır və immuniteti güclənir. Eozinofil transplantasiyası cavanlaşdırıcı təsir göstərir.

Oxşar təcrübələr hələ insanlar üzərində aparılmayıb. Yeni araşdırma zamanı nəticələr təsdiqlənərsə, alimlər insanı cavanlaşdırmaq üçün yeni üsullar tapa biləcəklər.

# 2556
avatar

Sevinc Fərid

Oxşar yazılar