Alimlər suda insanlar üçün təhlükəli olan nanoplastiklərin tərkibini müəyyən ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, orta hesabla bir litrlik şüşə suda təxminən 240 min plastik hissəcik ola bilər.
Alimlər müəyyən ediblər ki, nanoplastikanın təhlükəsi onun çox kiçik ölçüsünə görə insan hüceyrələrinə və qanına, o cümlədən plasenta vasitəsilə - və yeni doğulmuş uşaqların orqanizminə daxil olmaq qabiliyyətindədir.
Eyni zamanda, tədqiqat müəllifləri qeyd ediblər ki, bəzi hissəciklər naməlum olaraq qalıb, yəni plastik tərkibi daha da çox ola bilər.