Südü bu cür içməyin : Təhlükəli olduğu ortaya çıxdı
19 yanvar 2024 10:59 (UTC +04:00)

Südü bu cür içməyin: Təhlükəli olduğu ortaya çıxdı

Həkim İqor Alentov südün hansı hallarda sağlamlığa zərər verəcəyini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, təbii sağılmış inək südü marketlərdə satılan qutu südlərdən daha zərərlidir.

Onun sözlərinə görə, bu cür südlər yoluxma baxımından daha təhlükəlidir:

“Təsərrüfat şəraitində məhsulun emalı texnologiyası ardıcıl olmaya bilər. Çünki inəyi gənə dişləyəndə gənə ensefaliti və ya borrelioz xəstəliyinə tutulma şansı da var. Heyvanda mastit - yelin iltihabı varsa, belə süddə piogen floranın olma ehtimalı da var. Bu, müxtəlif iltihablı yoluxucu xəstəliklərə səbəb ola bilər. Ümumilikdə süd B12, D, A vitaminləri, kalium, kalsium, maqnezium, sink, zülalla zəngin olan sağlam içkidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3638

Oxşar yazılar