Tər önləyicilər xərçəngə səbəb ola bilər - VİDEO
01 iyul 2023 19:27 (UTC +04:00)

Tər önləyicilər xərçəngə səbəb ola bilər - VİDEO

Basabasda burnun tutanlar da var, bihuş olanlar da.

Lent.az APA TV-yə istinadla bildirir ki, yarızarafat, yarıciddi hazırlanan bu sorğuda “tər qoxusu verməmək üçün nə etməliyik?” mövzusuna diqqət çəkmək istəyirik. Cavablardan da göründüyü xoşagəlməz qoxunun qarşısını almaq üçün C istifadə etmək lazımdı deyənlər də oldu, tez-tez çimməliyik deyənlər də. Lakin marketlərdə gördüyümüz bu tərönləyici dezedorantların tərkibindəki bəzi kimyəvi maddələr həyatımız üçün təhlükə yarada bilər. Hər halda həkimlər ehtiyatlı olmağımızı tövsiyə edir.

Antipersperantlardan istifadəni pasiyentlərinə məsləhət görməyən həkim deyir ki, ümumiyyətlə, bütün kimyəvi maddələr dəri vasitəsilə orqanizmdə yarana biləcək xəstəlikləri oyada bilər.

Həkim deyir ki, antipersperant vəziyyətdən çıxış yolu deyil. Uzunmüddətli vitamin D çatışmazlığı, endokrin və sairə kimi problemlər zamanı normadan artıq tər ifraz olunur, belə adamlar yaxşı olardı həkimə müraciət etsinlər. Bundan başqa norma daxilində tərləmək təbii haldır, müxtəlif kimyəvi tərkibli vasitələr tər ifrazının qarşısını alır, bu isə qaşıntı, dərinin qıcıqlanması kimi problemlər yarada bilər. 

Bundan başqa su, lavanda yağı və alma sirkəsi qarışımı ilə də evdə təbii dezedorant hazırlamaq mümkündür.

Mütəxəssislərin dediyindən belə başa düşdük ki, tər iylənməməyin ən yaxşı yolu vaxtlı-vaxtında çimməkdir. Amma tez-tez çimməyi yox, antipersperant istifadə etməyi qarşımıza ali məqsəd qoymuşuqsa, onda heç olmasa ziyansızları seçək. 

# 2133
avatar

Oxşar yazılar