Vəba haqqında  vacib faktlar
27 iyun 2022 19:41 (UTC +04:00)

Vəba haqqında vacib faktlar

CNN telakanalı vəba ilə bağlı bəzi vacib faktları açıqlayıb.

Lent.az xəbər verir ki, vəba Vibrio cholerae bakteriyası ilə çirklənmiş qida və ya suyun qəbulu ilə yoluxur. Bakteriya adətən nəcislə çirklənmiş suda olur.

Bədən mayelərinin sürətlə itirilməsi nəticəsində susuzlaşma, xəstəyə tibbi yardım göstərilmədiyi təqdirdə xəstəliyin ölümcül olmasına səbəb olur.

Xəstəliyin qısa inkubasiya dövrü - iki saatdan beş günə qədər – kəskinləşmə ehtimalını artırır.

Ağızdan rehidrasiya məhlulu (şəkər, duz və içməli sudan hazırlanmış xüsusi preparatdır – red.) vəba xəstələrinin 80 faizini uğurla müalicə edə bilir.

Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə vəbaya yoluxma  nadir halda baş verir.

Təhlükəsiz içməli su qıtlığı və ya qeyri-kafi sanitar şəraiti olan ərazilərdə yaşayan insanlar vəbaya qarşı həssasdırlar.

İlk vəba epidemiyası 1817-ci ildə Cənub-Şərqi Asiyada qeydə alınıb.

2018-ci ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı 2017-ci ildə 1,2 milyondan çox vəba xəstəliyinin olduğunu və 34 ölkədə 5,600-dən çox insanın öldüyünü bildirib. Bütün şübhəli vəba hadisələrinin 84 və ölüm hallarının 41 faizi Yəmənin payına düşür.
 

# 2043
avatar

Oxşar yazılar