XƏBƏRDARLIQ: İsti havalarda  infarkt riski   artır
31 may 2023 19:23 (UTC +04:00)

XƏBƏRDARLIQ: İsti havalarda infarkt riski artır

Həkimlər istidə təzyiqin niyə yüksəldiyini izah ediblər.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssislər bildirirlər ki, istidə orqanizm çoxlu maye itirməyə başlayır, nəticədə qan qatılaşır və təzyiq yüksəlir. 

Bunun sağlamlıq üçün ciddi təhlükə olduğunu deyən həkimlər xüsusilə isti havalarda infarkt və insult riskinin artdığını açıqlayıblar.

İstidə təzyiq çox yüksəlir və ürək daha sürətli işləməyə məcbur olur. Bu, xüsusilə yaşlı, artıq çəkili, ürək, böyrəklərin xroniki xəstəlikləri olan insanlar üçün təhlükəlidir.

# 1704
avatar

Arzu Qurbanlı

Oxşar yazılar