Yaşıl çayı bu vaxt içmək FAYDALIDIR
15 iyun 2025 09:35 (UTC +04:00)

Yaşıl çayı bu vaxt içmək FAYDALIDIR

Yaşıl çay ən faydalı içkilərdən biri hesab olunur. Lakin ondan maksimum fayda əldə etmək üçün onu düzgün vaxtda içmək vacibdir. Bu zaman çay orqanizmə daha effektiv təsir edir.

Bu barədə Lent.az xarici mediaya istinadən məlumat yayıb.

Yaşıl çayı nə vaxt içmək lazımdır?

Dietoloq Coy Dyubost bildirib ki, yaşıl çay ideal içkidir, çünki o, nə kalori, nə də şəkər ehtiva edir və eyni zamanda, sağlamlıq üçün faydalı olan antioksidant bitki birləşmələri ilə zəngindir.

Səhər acqarına içmək daha məqsədəuyğundur, çünki yemək zamanı içildikdə o, dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane ola bilər. Səhərlər yaşıl çay içməklə, faydalı katexinləri erkən saatlarda qəbul etmiş olursunuz.

Yaşıl çayı C vitamini ilə birlikdə içmək onun antioksidant təsirini artırmağa kömək edir. Aparılan tədqiqatlar göstərir ki, zülallar, lif və bəzi minerallar flavonoidlərin bioloji əlçatanlığını azalda bilər. Çünki bu maddələr qidanın tərkibində olan komponentlərlə (məsələn, liflərlə) bağlanaraq flavonoidlərin həzm zamanı orqanizmə daxil olmasını çətinləşdirir.

Yemək aralarında

Yemək zamanı yaşıl çay içmək əks təsir göstərə bilər, çünki onun çaya xas büzücü dad verən kimyəvi maddələr dəmirin mənimsənilməsinə mane ola bilər. Dəmir qida məhsullarında olan və qırmızı qan hüceyrələrinin tərkibinə daxil olan bir mineraldır. Qırmızı qan hüceyrələri orqanizmə oksigen daşımaq və enerjini təmin etmək kimi funksiyaları yerinə yetirir.
Bu səbəbdən yaşıl çayı yeməkdən ən azı iki saat əvvəl və ya sonra içmək daha məqsədəuyğundur ki, onun antioksidantları orqanizm tərəfindən maksimum mənimsənsin.

Axşam saatlarında içmək

Bir çox insan üçün çay içmək yatmazdan əvvəl rahatlaşdırır. Lakin yaşıl çayın tərkibində kofein var. O, miqdar qəhvədən azdır, lakin kofeinə həssaslığı olan şəxslərdə yuxuya getməkdə və yuxunun davamında problem yarada bilər. Belə hallarda kofeinsiz çay, məsələn, çobanyastığı çayı daha yaxşı seçim ola bilər.

Antioksidantların mənimsənilməsini artırmaq üçün məsləhətlər

1. Çayı qaynar su ilə (100°C) 4 dəqiqəyə qədər dəmləyin.

2. Yaşıl çayı C vitamini ilə zəngin qidalarla — portağal, limon, çiyələk və s. — birlikdə qəbul edin. Bu, çayın tərkibindəki antioksidantların orqanizm tərəfindən mənimsənilməsini artırır.

3. Yaşıl çaya süd (həm inək, həm də soya südü) əlavə etmək onun antioksidant təsirini azalda bilər. Maksimum fayda üçün yaşıl çayı südsüz içmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326

Oxşar yazılar