Yetkin yaşda doğuş ananın ömrünü uzadır - TƏDQİQAT
16 avqust 2023 03:51 (UTC +04:00)

Yetkin yaşda doğuş ananın ömrünü uzadır - TƏDQİQAT

Gec yaşda uşaq sahibi olmağa qərar verən qadınlar erkən ana olanlara nisbətən daha uzun yaşayırlar.

Lent.az xəbər verir ki, belə qənaətə Leyden Universitetinin (Niderland) alimlərinin yeni araşdırma nəticəsində gəliblər.

Tədqiqatçılar təbii yolla doğulmuş azı bir uşağı olan 50 və ya daha yuxarı yaşda olan 11 mindən çox ananın məlumatlarını öyrəndilər.

Ölümlə bağlı bütün risk faktorları nəzərə alındıqdan sonra təhlillər göstərib ki, sonuncu övladını daha böyük yaşda dünyaya gətirən qadınlar, bir qayda olaraq, daha uzun yaşayırlar. Hər uşağın doğulması ananın ömrünü 22 gün artırıb. 45 yaşından sonra uşaq dünyaya gətirən qadınlar gənc analara nisbətən orta hesabla 17 ay daha çox yaşayırlar.  

# 1464
avatar

Oxşar yazılar