Yuxudan oyandıqdan dərhal sonra  niyə qəhvə içmək   olmaz? - CAVAB
14 avqust 2023 09:09 (UTC +04:00)

Yuxudan oyandıqdan dərhal sonra niyə qəhvə içmək olmaz? - CAVAB

Yuxudan oyandıqdan sonra bir saat ərzində qəhvə içmək zərərlidir. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bunu ailə həkimi Tatyana Zaxarova deyib.
.
Həkimin fikrincə, ilk qəhvə qəbulu sayıqlıq səviyyəsinə təsir edə və ya kofeinə tolerantlığı artıra bilər.

“Oyandığımız zaman kortizol səviyyələrimiz ən yüksək həddə çatır. Tez-tez streslə əlaqəli olan kortizol diqqətlilik səviyyəsini artırır. Beləliklə, kortizol səviyyələri artıq yüksək olduqda kofein istehlakı bunun əleyhinə işləyə bilər və ya hətta kofein tolerantlığının yaradılmasına kömək edə bilər”, -həkim deyib. O, bir doza kofein qəbul etməzdən əvvəl oyandıqdan sonra ən azı bir saat gözləməyi məsləhət görür.

Zaxarovanın sözlərinə görə, yuxuya zərər verməmək üçün son qəhvə qəbuluna saat 14:00-da icazə verilir. O izah edbi ki, bir fincan qəhvə içdikdən beş-yeddi saat sonra belə, kofeinin yarısı hələ də bədəndə qalır.

Həkim qəhvədən qətiyyən imtina etməyi məsləhət görmür, çünki bu içki Alzheimer xəstəliyi kimi neyrodegenerativ xəstəliklərə qarşı təsirlidir.
 

# 5562
avatar

Oxşar yazılar